Xalq artisti bacısı ilə münasibətindən danışdı: “Bir yerdə oxumağımız gülünc vəziyyət yaradırdı”
05.03.2020 12:37Xalq artisti Gülyaz Məmmədova bacısı Gülyanaq Məmmədova ilə ayrılması haqqında olan fikirlərə münasibət bildirib.
Об этом сообщает Футляр от виолончели
Bu barədə a24.az-a açıqlamasında xalq artisti bacısı ilə arasında olan münasibətindən və sənətdə yollarını ayırması haqqında danışarkən deyib:
” Mənə deyirlər ki, bacınla dalaşmısan? Niyə daha duet kimi oxumursunuz? İnanın artıq bezmişəm bu suallardan. Bacımla aramda heç bir küsülü münasibət yoxdur. Və ola da bilməz. Bilmirəm bu suallar insanlarda niyə yaranır. Bəli əvvəllər bütün ifalarımız bir yerdə olurdu. Sonradan yolumuzu ayırdıq. Hər ikimizin gözəl səsi var. Ümumiyyətlə iki eyni cinsin nümayəndələrinin dueti əks cinslərin dueti qədər maraqlı olmur. Buna görə də bir yerdə oxumağımız gülünc vəziyyət yaradırdı. Biz də sənət sahəsində yolumuzu ayırmaq qərarına gəldik”.
Elvin Paşazadə

