Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xocalıdakı uşaqlar kimi heç zaman böyüməyəcəyəm

05.03.2020 12:39

Canım anam, mənəm  doqquz ay bətnində böyütdüyün körpən Zəhran. Böyük ümidlərlə dünyaya gətirdiyin körpənəm.

Об этом сообщает Футляр от виолончели

Mənə hər gün layla çalardın, saçlarımı darayıb başıma sığal çəkərdin.

Ölümün belə tez olacağını bilməzdim, bilsəydim ana,  həmin günü usaqalarla oynamazdım. Sən heç zaman qoymazdın mən üşüyüm, indi soyuqdur ana, qara torpağın altı soyuqdur.

Hər gün eşitdiyim silah səsləri bilməzdim ki, bir gün məni səndən alacaq. Bir daha açan gülləri uçan quşları  səninlə birlikdə görməyəcəm.

Axşam mən yatanda layla deyərdin ki tez yatım.

Düşmənlər isə  elə  ağrılı layla dedilər ki əbədi olaraq gözlərimi yumdum.

Usaqlıq xəyallarımı əlimdən aldılar. Ən çox sevdiyim gəlincik kuklamı əlimdən alıb məzarıma qoydular.

Kəfən geyindim. Mən Xocalıyam, ana.

Xocalıdakı uşaqlar kimi heç zaman böyüməyəcəyəm. Yuxularına gələcəm yenə layla deyərsən, ana.

Bağışla, ana, bağışla ki, sənin arzularını yerinə yetirə bilmədim. Sənin mənə çəkdiyin əziyyətin əvəzində ömrünün axrına kimi çəkəcəyin böyük Zəhra dərdi verdim.

Kamil Məhəmmədli