Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yaponların kamikadze kimi istifadə etdiyi gizli silahlar sizi çox təəccübləndirəcək – SİYAHI

05.03.2020 12:41

Heç də yaponların texnologiyası hər zaman yaxşı işlər üçün istifadə edilmir. Çünki yaponlar İkinci Dünya Müharibəsində 11 gizli silahdan istifadə edib.

Об этом сообщает Руспрес

Saytımız həmin silahları təqdim edir:

1 – Fu-Go balon bombaları

Almanlar V2 raketlərini İngilis kanalı üzərindən atdıqları bir vaxtda yaponlar da öz “intiqam silahlarını” istehsal etməkdə idi. Hərbi silah istehsal edənlər qitələrarası raket yarada bilmədikləri üçün şar bombalarındən istifadə etməyi seçiblər.

Bu silahların yaradılmasında məqsəd Şimal-qərbi Sakit okeanın üzərində partlayaraq geniş miqyaslı meşə yanğınları yaratmaq və beləcə ABŞ-ın sahib olduğu insan gücünü məhv etmək idi.

ABŞ bu şarlarla bağlı xəbərləri düşməni cəsarətləndirməmək üçün gizli saxlayıb və ABŞ xalqı müharibə qurtarandan sonra bu şarlardan xəbərdar olub. 

2 – Sen Toku Class Mega Sub (dənizaltı)

Yaponiya müharibə zamanı bu silahlardan 3 ədədini istehsal etdi və bu nəqliyyat vasitələri enerji istehsal edən ən böyük dənizaltı rekordunu əllərində saxlamaqda idilər. Yaponiyanın Sakit Okeandakı suverenliyini dəstəkləmək məqsədini daşıyan bu dənizaltılar Panama kanalına hücum etmək üçün istehsal edilib.

Lakin müharibə dənizaltılardan istifadə edilmədən başa çatdı və 1946-cı ildə İ-400 ABŞ-a təslim edilərək Havayın sularında batırılıb.

3 – Unit 731 və biloji silahlardan istifadə…

1937-ci ildən müharibə qurtarana kimi yaponlar bir çox bioloji silahlar üzərində araşdırma apardılar. Bu silahlar arasında basil bombası və vəba yaymaq üçün pire bombaları da var idi. Yapon əsgərləri bu bombalardan istifadə edərək Çində bir çox bölgəyə hücum edib.

Kaliforniya Dövlət Universitetində çalışan tarixçi Sheldon H.Harrisin söylədiyinə görə, sınaqlar zamanı 200 mindən çox çinli həyatını itirib. Bundan başqa Harrisin araşdırmalarına görə, müharibənin sonlarına doğru xəstə heyvanlar sərbəst buraxılaraq 1946-1948-ci illər arasında ən azı 30 min insanın dünyasını dəyişməsinə səbəb olub. Lakin bəzi yaponiyalı araşdırmaçılar qeyd edilən rəqəmlərə qarşı çıxsa da, dəqiq rəqəm almaq asan deyil.

Tarixçi Antony Beevorun dediklərinə görə, yaponlar bu silahları Sakit Okeandakı Amerika əsgərlərinə qarşı istifadə etməyi və xəstəlik daşıyan balon bombalarını ABŞ-a göndərməyi planlayıblar.

4 – “Fukuryi” intihar geyimləri…

Bu xüsusi dalğıc geyimləri Yaponiya Özəl Hücum Birlikləri üçün düşmən tərəfindən ələ keçirilməsinin qarşısını almaq məqsədi ilə hazırlanıb. Bu geyimlər 15 kq-a yaxın partlayıcı mina daşıya bilir.

Dalğıclar 9 km ağırlığında olan silah ilə suyun dibinə batırılaraq suyun altında 6 saata kimi 5-7 metrə qədər yürüyəcəklərdi. Dalğıclar düşmən gəmisinin gövdəsinə çatanda partlayıcıları partladaraq özlərinin də ölüməsi ilə nəticələnən bir hücum təşkil etmiş olurdular.

Bu geyimlərdən müharibə zamanı istifadə edilib-edilmədiyi məlum deyil, ancaq ABŞ hücum vasitələrinin  intiharçı dalğıclar tərəfindən hücuma məruz qaldıqlarını göstərən hesabatlar mövcuddur.

5 – “Purple” şifrələmə aparatı…

İkinci Dünya Müharibəsinin ən məşhur şifrələmə aparatının Almaniyanın Enigma aparatı ola bilər, ancaq yeganə şifrələmə vasitəsi o deyil. 1937-ci ildə yaponlar “97-shiki 0-bun In-ji-ki” və ya “97 Alfabetik Daktilo” adlı bir məhsul yaratdılar. Məhsul kod adı olan “Purple” (Bənövşəyi) adı ilə daha çox tanınmaqdadır.

Cihazın ən əhəmiyyətli tərəfi şifrələnmiş mesajı kağız üzərində yaza bilməsidir. Ona görə də bu cihazdan istifadə etmək üçün sadəcə bir insan kifayət edirdi.

6 – Yokosuka MXY – 7 Ohka Kamikadze təyyarəsi…

Müharibə uzandıqca yaponlar canlı silahlarını daha da inkişaf etdirməyə başladı. Belə ki, bu məqsədlər üçün istehsal edilən silahlar da mövcud idi. “Yokosuka MXY – 7” 1944-cü ildə ilk dəfə sınaq edilib. Yaponlar bu silahın istehsalı üçün çox az əhəmiyyət daşıyan vasitələrdən istifadə edirdilər. Çünki kamikadze fəaliyyəti üçün istifadə ediləcəkdi.

Savaş zamanı Ohka “Mitsubishi G4M”in gövdəsinın altında daşınaraq hədəfə yaxınlaşır və həmin nöqtədə sərbəst buraxılırdı. Pilot hədəfə yaxınlaşmaq mümkün olduğu anda raket atəşi açaraq özünü hədəfə çırpırdı.

Bu silah təqribən 1200 kq-lıq bir başlığa sahib idi və yüksək sürətdən dolayı silahlar tərəfindən dayandırılması demək olar ki, mümkün deyil. Lakin süzülmə zamanı təyyarə olduqca müdafiəsiz idi və raketlər bir dəfə atəş açılandan sonra təyyarənin istiqamətləndirilməsi mümkün olmurdu. Araşdırmalara görə ən azından bir ədəd ABŞ gəmisinin bu silahın əli ilə batırıldığı bildirilir.

7 – O-I Super ve Ultra ağır Tanklar …

Yaponlar ümumiyyətlə, tanklarla tanınmazlar, ancaq savaş zamanı orta ağırlıqlı 97 Chi-Ha da daxil olmaqla olduqca uğurlu tanklar istehsal ediblər. Lakin müharibənin davam etməsi ilə barəbar yaponların hədəfləri də böyüyüb.

Tanklar 100-120 ton ağırlığında gövdələri ilə birlikdə 11 nəfərlik idi. Super ağır tanklar  3 qüllə, bir böyük top və iki kiçik top ilə təchiz edilib. İddialara görə, bu tanklardan biri “Manchuria”a göndərilmişdi, lakin müharibədə istifadə edilib-edilmədiyi məlum deyil.

8 – Ku-Go ölüm işığı…

Savaşda yer alan digər ölkələr kimi yaponlar da ölüm işığı yaratmağa çalışıblar. Bir hava nəqliyyat vasitəsini yüzlərlə kilometr məsafədən düşürtmək bacarığına malik olan güclü enerjili işıqlar dövrün ən böyük işlərindən biridir. Savaşdan sonra ABŞ ordusunun ələ keçirə biləcəyi bölgələrə görə, Yaponiya 1939-cu ildə laborotoriyasında işlərə başlamışdı.

Hesablamalara görə, bu cihaz hədəfə düzgün tuşlanarsa, 1 kilometr məsafədə tamamilə hərəkətsiz dayanan dovşanı 5 dəqiqədə öldürə bilirmiş.

9 – Uçan tanklar…

Yapon ordusunun müharibə zamanı qarşılaşdığı ən böyük problem tanklar kimi ağır silahları bir adadan digərinə daşımaq idi. Bu problemin həlli də daşına bilən tanklar istehsal etmək idi. Yaponların istehsal etdikləri tankların isə qanadları və quyruğu var idi.

Yaponlar “Maeda Ku-6”, “No.3” və “Ku-Ro” daxil olmaqla bəzi prototiplər istehsal etməyə başladılar. Ancaq bu döyüş vasitələri müharibədə heç istifadə edilməyib.

Yaponlar hər zaman ağıllarından istifadə edərək qarşılarına çıxan problemləri asan və sərfəli yolla çözməyə çalışır. Hələ indi də Yaponiya kimi bir ölkə hər sahədə özünü göstərməkdədir. Düşməndən müdafiə olunmaq üçün II Dünya Müharibəsində inkişaf etdirdiyi silahlar bu gün üçün də əhəmiyyətsiz sayıla bilməz.

Firuzə Alimova / A24.az