Yaşar Oksanadan danışdı: “Mənə söyüşlü mesaj göndərib” – VİDEO
05.03.2020 12:41Müğənni Yaşar Cəlilov rəqqasə Oksana Rəsulova ilə küsülülüyünün səbəbini açıqlayıb.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, “Hər şey daxil” verilişinə müsahibə verən müğənni Yaşar Cəlilov bir müddət öncə mübahisə etdiyi və küsülü olduğu rəqqasə Oksana Rəsulova haqqında danışıb. O, rəqqasə ilə münasibətlərinin pozulmasının səbəblərini açıqlayıb:
“Oksana Rəsulova ilə danışmıram. Başqa bir insanla mübahisəsi var, amma onun ünvanına olan söyüşlü mesajı mənə göndərir. Qadına yaraşmayan sözlər olduğu üçün o mesajı silmişəm. Amma buna çox təəssüf edirəm. Daha sonra “İnstagram”da məni bloka atıb. Yaxşı edib, əcəb edib. Dünən isə mən onu “Facebook”da dostluqdan çıxartmışam”.
Oksana Rəsulova isə Y. Cəlilovun sözlərinə belə cavab verib:
“Bəli ünvanlı mesaj atmışam, amma söyüş olmayıb. Bunu 2 aydan sonra Yaşar deyirsə, artıq ona heç bir deyiləsi sözüm yoxdur. Bu normal bir vəziyyət deyil. Elədiyim hərəkət xoşuna gəlmədisə, onu niyə müsahibə vasitəsiylə deyir ki? Nömrəmi bilir, zəng edib deyərdi ki, bu mesaj mənə yox başqa adama ünvanlanıb ona göndər. Mən hara, Yaşar Cəlilova nəyə görə?”
Qeyd edək ki, ötən aylarda “Maşın” şouda iştirak edən jurnalist Vüsalə Kərimova ilə rəqqasə Oksana Rəsulova arasında mübahisə yaranıb. Oksana Yaşar Cəlilovun prodüseri olan Vüsalə Kərimovaya ünvanladığı mesajları müğənniyə göndərdiyi üçün Yaşar Oksana ilə danışmır.
Minirə // A24.Az

