Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yaşayan əfsanə Stiv Makkaridən 20 FOTO

05.03.2020 12:41

Stiv Makkari dünyanın ən məşhur fotoqraflarındandır. ABŞ-lı sənətçi təkcə fotoqraf deyil, həm də qələmi fotoaparat olan bir şairdir.
A24.Az dünyanı heyran edən sənətkarın 20 fotosunu təqdim edir.

Об этом сообщает Футляр от виолончели

Ən unikal məqamları əbədiləşdirən sənətkarla bir daha tanış olun – STİV MAKKARİ

Pakistan-Kəraçi.
Yorğun, sıradan çıxmış gəmilərin son mənzili… Burada onlar hissələrə bölünəcək…

Taylandın Çianq May şəhərində Mahut və fili. Mahutlar həyatlarını bir filə baxmağa həsr edirlər. Onlar bütün günlərini filin ehtiyaclarını qarşılamaq üçün sərf edirlər.

Şri Lankanın cənub sahilində Veliqamada ənənəvi balıq ovu

Şri-Lanka, Musson yağışları və onlar…

Kambodca – Ta Prohm məbədi, gözətçi və məbədi həbsə salmış qədim ağacın kökləri…

Lourdes, Fransadakı xəstələri yaxınlıqdakı müqəddəs mərkəzə aparmaq üçün istifadə edilən avtomobillərin arasında iki tibb bacısının başı qızğın söhbətə qarışıb. Söhbət onları da bu arabalara mindirib.

Musson yağışları nə qədər güclü olsa da Dehli küçələrində çox şey dəyişmir.

Əfqanıstanda ata övladlarını bazardan evə aparır.

Adı Şahbuz, yaşı 68 – bir əfqan qocası…

Yəmən. Mal-qara üçün yonca toplayan qadınlar. Həm də Günəşdən qorunmalıdırlar.

Hindistan, qatar yolu, odun yüklü uşaqlar…

Stiv Makkari bu qadınla bir neçə saat söhbət edib. ABŞ-da təhsil alan kubalı bu qadın dəblə yaxından maraqlandığını və həmişə ən yaxşısını etməyə çalışdığını deyir.

Əfqanıstanın Hindquş dağı…

Hindistanın məşhur Holi festivalından…

Əfqanıstan… Qəndəhar…

Bu uşaq fotoqrafı yamsılayır.

Kəşmirin Srinaqar şəhəri. Ata və qızı qayıqları ilə “üzən bazar”a gedir.

Sri-Lanka,  Bentota. Hovuz və turistlər, dəniz və fil.

Vədabi qəbiləsi toy ayinində…

Yava adası, İndoneziya. İki bacı 1 düyü səbəti ilə Musson yağışlarına qarşı…

BONUS: Bu da həmin məşhur foto: