Yaşlı qadınla kişinin sevgisi – İllər ərzində yoldaşını sevindirdiyi HƏDİYYƏ – VİDEO
05.03.2020 12:41Türkiyədə Mərt adlı gəncin küçə sorğusunda yaşlı qadınla kişini söhbətə tutması maraqla qarşılanıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız bildirir ki, “Mert ilə sokak röportajları” adlı rubrikada gənc “GoPro” kamerası ilə küçədə qarşısına çıxan insanları müxtəlif mövzuda sorğu-suala tutur.
Bu dəfə Mərtin qarşısına çıxan yaşlı qadınla kişinin boşanmalarla bağlı sualı cavablandırması maraqlı olub. Onların cavabı həm də gənc nəslə məsləhət xarakteri daşıyıb. Lakin gəncin “hələ də bir-birinizi sevirsinizmi, aşiqmisiniz?” sualı yaşlı cütlüyün ürəyincə olub, xüsusən də kişinin. Cavabını xeyli uzadaraq danışan kişidən fərqli olaraq qadın sevdiyini etiraf edib.
Amma söhbət bununla bitməyib. Kişidən xanımını bu vaxta nədər nə ilə sevindirdiyini soruşanda isə, düşünmədən verdiyi cavab möhtəşəm olub.
Saytımız Türkiyə mediasında yayımlanan həmin görüntüləri təqdim edir:
Firuzə Alimova / MTM

