Yatıb qaldığı məkanda ev əşyası ilə zorlandı, görüntüləri isə…
05.03.2020 12:41Şotlandiyada keçirilən şənlikdə yatıb qalan 21 yaşlı gənc qız zorlanıb. Qızın təcavüzə məruz qaldığı anlar videoya çəkilərək sosial mediada paylaşılıb.
Об этом сообщает Роспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Şotlandiyanın Stirling şəhərində yaşayan 21 yaşlı Treysi Aldridge iki il bundan əvvəl iştirak etdiyi şənlikdə yatıb qaldığı zaman 24 yaşlı Cordan Binninin təcavüzünə məruz qalıb. Yuxuda olan zaman təcavüz olunan qızın münasib olmayan görüntüləri isə “snapchat”da yayımlanıb.
Qız isə başına gələnlərdən növbəti gün paylaşılan videosunu gördükdən sonra xəbər tutub. Belə ki, Binnie adlı gənc oğlan təmizlik süpürgəsindən istifadə edərək təcavüz etdiyi şotlandiyalı qadının görüntülərini 24 yaşlı Frase Anderson (24) videoya çəkərək sosial şəbəkədə paylaşıb.
Yatmış vəziyyətdə gənc qıza təcavüz edən Binnie 12 ay həbs cəzasına məhkum edilib. Görüntüləri sosial şəbəkədə paylaşan digər gənc də cəzasız qalmayıb.

