Yaxın gələcəkdə iş dünyasında nələr baş verəcək? -ARAŞDIRMA
05.03.2020 12:41Texnologiyanın inkişafı ölkələrin iqtisadi durumu, siyasi hadisələr və xarici amillərlə əlaqəli hallara təsirsiz ötüşmür. İş dünyasının bu dəyişiklikləri daim izləməsi və nəzarət atltında saxlıaması vacibdir. Yaxın gələcəkdə yaqranacaq fürsətləri görmək və gənc biznesmenlərə istiqamət vermək iş adamlarının başlıca vəzifələrindəndir.
Об этом сообщает Руспрес
Gələcəkdə hansı sektorların önə çıxacağı və hansı iş sahələrinin kiçiləcəyini analiz etmək, ölkədaxili inkişafıla yanaşı, qlobal inkişafı da izləmək lazımdır.
A24.Az sizə gələcəkdə iş dünyasında baş verəcək mühüm yenilikləri təqdim edir:
Texnologiya və tibb birləşir
Qlobal aləmdə dərman sektoru ilə texnologiyanın iç-içə olduğu layihələr çoxalmağa başlayır. Biotexnoloji yeniliklərin daha çox sərmayə qoyulan sahə dərman sektorudur. Dünyanın ən böyük şirkətlərindən “Google”un da yeni texnologiyalarla dərman və sağlamlıq sektorunun gələcəyini dəyişdirəcəyi düşünülür. Dərman şirkətlərinin də bu yeniliklərdən müsbət mənada təsirlənəcəyi görünür.
Gömrük birliyi razılaşmasında yeniliklər
Gömrük birliyi razılaşması ilə Avropa Birliyinin yenilənmə mərhələsinə daxil oldu. Bu halın iqtisadi mənada idxal və ixrac prossesini artıracağı ehtimal olunur. Gömrük birliyi razılaşmasının yeni variantının hazırlanması ölkə ticarətində illik böyümənin artırılması səbəb olacaq. Eyni zamanda sərbəst ticarət razılaşmasının daha rahat formada iş aparılmasına kömək edəcəyi ehtimal olunur.
Dövlət pulunun dəyəri ticarətinə birbaşa təsir edən amillərdəndir
Ekspertlərin fikincə, önümüzdəki bir neçə il Asiya pullarının dəyəri düşəcək və sterlinqdə də qeyri-sabitlik müşahidə olunacaq. Xüsusilə Tailand, Hindistan və Sinqapur kimi ölkələrin pul vahidlərinin nisbətən dəyərdən düşəcəyi və ölkə ticarətinin də bundan öz payını alacağı düşünülür.
Hərbi xərclər artacaq
Təhlükəsizliklə bağlı narahatlığın artması ilə hərbi xərclərin daha da artdığı müşahidə olunur. Amerikanın hərbi xərclərinin artması ilə yanaşı, Çin və Hindistan kimi ölkələrin də hərbi xərclərində ciddi artım olacağı ehtimal olunur. Rusiya və Səudiyyə Ərəbistanı da bu ölkələri izləyən digər ölkələr arasındadır.
Su ehtiyatları tükənir- xərcləri artır
Dünyada su ehtiyatlarının gələcəyi ilə bağlı həyəcan təbili çalınır. Su istifadəsi və su paylanması məsələsinin yaxın gələcəkdə yenidən gözdən keçirilməsi vacibdir. Artan dünya əhalisinin su ehtiyacını qarşılamaq üçün investisiya qoymağın vacib olduğunu bildirən mütədxəssislər, bu sahədə yalnız 24 ölkənin fəallıq göstərdiyini bildirib.
Böyümə potensialına olan ölkələr önə çıxır
Yaxın gəlcəkdə sənaye sahəsində cəhdləri ilə önə çıxan ölkələrdən birinin də İran olacağı gözlənilir. Yəmən, Monqolustan və Laos kimi ölkələrində də infrastruktur siyasəti sayəsində gələcək illərdə ciddi böyümələr nəzərə çarpacaq.
Daşınmaz əmlak trendlərində yeniliklər gözlənilir
Əmlak sərmayələrini istiqamətləndirən daşınmaz əmlak trendlərindən y Alman şəhərlərinin yaxın gələcəkdə önə çıxması gözlənilir. İnkişaf fürsətləri və sərmayə siyasətində trend halını alan Alman şəhərlərinin yanında cazibəsini itirən şəhərlər arasında istanbul və London da var.

