Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yaxın Şərqin taleyi bu sualdan asılıdır: İranla müştərək hərbi əməliyyat keçirmək mümkün olacaqmı?

05.03.2020 12:41

Donald Tramp hakimiyyətinin İsraillə birgə təzyiqini artırdığı İran Türkiyəyə istiqamətləndi.

Об этом сообщает Футляр от виолончели

Belə ki, keçən il Tehranla Ankara arasında yaşanan Səudiyyə Ərəbistanı- İran gərginliyində Ərdoğanın açıqca Səudiyyə Ərəbistanını dəstəkləməsi nəticəsində soyuyan İran- Türkiyə əlaqələri son aylarda isinməyə başlayıb.

Hətta o qədər ki, Türkiyə ilə İran birlikdə Şimali İraqdakı PKK terror təşkilatına qarşı hərbi əməliyyata başlayacaqlar. Hərbi əməliyyatların keçirilməsində tərəflərin maraqları nələrdir? -İranın marağı Şimali Suriyada Əsədin hakimiyyətini bərpa etmək və İdlibdir. Rəsmi Ankaranın dəfələrlə ortaq hərbi əməliyyat təklif etməsinə baxmayaraq, hər dəfə təklifi rədd edən, lakin ABŞ-ın təzyiqi qarşısında Türkiyə ilə yaxınlaşmağı seçən İran bu məsələdə ilk addımı iyun ayında İranda baş verən terror aktına rəğmən Xarici İşlər Naziri Cavad Zərifi Ankaraya göndərməklə atdı. Bu addım Türkiyə ilə yaxınlaşmağın İran üçün nə dərəcə vacib olduğunu sübut etdi.

Zərifdən iki ay sonra İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakiri Ankaraya səfər etdi. Bakirinin Türkiyə səfəri 1979- cu ildən bu günə İran Silahlı Qüvvələrinin Baş Qərargah Rəisinin Türkiyəyə ilk səfəri kimi də əhəmiyyətli idi. Səfərin ayrıntılarını sonradan Bakiri özü açıqladı. Açıqlamada “Şimali Suriyada Suriya hökümətinin idarəçiliyinin təmin edilməsi məsələsində Türkiyə ilə ortaq fikrə gəldik” deyilirdi.

Açıqlamanın mənası “AKP hökuməti bugünə qədər izlədiyi “Əsədi yıxmaq” siyasətindən əl çəkir və Suriya ilə sərhəddində yenidən Əsəd idarəçiliyinin bərpasını qəbul edir” deməkdir. Açıqlamanın bölgədəki nəticəsi isə Suriya sərhəddinin Hatay-Osmaniyə xəttindəki İdlibdə mərkəzləşən və bir dönəm AKP hökumətinin də Əsədə qarşı lojistik dəstək verdiyi cihadçı qrupların Ankara tərəfindən gözdən çıxarılması olacaqdır.

Belə ki, İdlibdə fəaliyyət göstərən Əl-Qaidə və Əl-Nüsra əlaqəli qruplara qarşı Rus-Əsəd- Şiə birliyinin başlayacağı hərbi əməliyyata rəsmi Ankara mane olmayacaqdır. -Türkiyənin marağı Afrin məsələsidir. İran Afrin məsələsində Türkiyə ilə Rusiya arasında vasitəçi rolunu oynayacaq. Belə ki, Şimali Suriya və Türkiyə sərhəddindəki başqa bir önəmli məsələ Kobani və Afrindir. Kobani hələ də Amerikanın himayəsindədir və ABŞ-ın orda bazaları var. Afrində isə Rusiya hökm sürür. İran AKP hökumətinin İdlibdəki cihadçılara dəstəyini kəsməsi müqabilində Afrin məsələsində iki dövlət arasında vasitəçi ola bilər.

Diplomatik şərhçilərə görə, AKP Afrini PKK-ya bağlı YPG- PYD əvəzinə Əsəd hökumətinin idarə etməsinə razı ola bilər. Əsədin dəstəkçisi olan Rusiyanın da belə bir uzlaşmaya qarşı çıxmayacağı həm Ankara, həm də Tehran tərəfindən güman edilə bilər. Sözü gedən maraqların təmin ediləcəyi ortaq hərbi əməliyyatın keçirilməsi mümkün ola bilərmi?

Əgər belə bir hərbi əməliyyat baş tutarsa, Türk Silahlı Qüvvələrinin İraqın şimalında fəaliyyət göstərən İran dəstəkli Həşd-i Şəbi ilə ortaq çalışması lazım gələcək.

Lakin Ərdoğan bir ay əvvəl Həşd-i Şəbinin İraqın şimalındakı fəaliyyətinə qarşı sərt bir açıqlama vermiş və ” Təlafər tamamən türkmən şəhəri və bölgəsidir. Yarısı sünni, yarısı şiədir. Təbbi ki, biz dəyərləndirməni sünni və ya şiə üzərindən deyil, müsəlman üzərindən edirik. Əgər Həşd-i Şəbi burda ayrımçı terroru əsdirərsə, bizim onlara cavabımız çox fərqli olacaq” demişdi.

İran-Türkiyə ortaq hərbi əməliyatının baş tutmasının digər bir manesi Şimali İraqdaki Bərzani idarəçiliyi məsələsidir. İran kürd referendumuna kəsinliklə qarşıdır, Türkiyə isə referenduma qarşı olduğunu vurğulasa da, bunu qəti şəkildə bildirməyib.

Vəsilə İbrahim //A24.az