Yayda bu qidalardan UZAQ DURUN
05.03.2020 12:41Yayın gəlməsi ilə qida rasionunda da istər-istəməz dəyişiklik edilir.
Об этом сообщает Роспрес
Yay bolluq fəslidir. Meyvə vıə tərəvəzlər, cürbəcür təamlardan bu 3 ay ərzində səmərəli istifadə etmək lazımdır. Havaların isti keçməsi ərzaqların daha tez xarab olmasına səbəb olur. Ona görə də xüsusilə isti havalarda mikrobların artmasını nəzərə alaraq, qidalanmaya ciddi fikir verin. Yay fəslində qida zəhərlənmələrinin sayı da artır.
A24.Az yay fəslində uzaq duracağınız qidaların siyahısını təqdim edir:
Mayonezli, xamalı istənilən salatdan uzaq durun
Mayonezli salatlar hazırlandıqdan sonra normal temperaturda maksimum 6 saat istifadəyə yararlı olur. Yayda isə bu rəqəm yarıya enir: 3 saat. Əgər qarşınızdakı salatın hazırlanma vaxtını bilmirsizsə, onu dilinizə də vurmayın. Xüsusən hamilə qadınlar və uşaqlar ehtiyatlı olmalıdır. Toy mərasimləri üçün günortadan hazırlanan salatlar axşam masaya düzülür və yayın istisində mayonez, xama, yumurta və ərzaqlarda reaksiya gedir. Bu da zəhərlənmələrə yol açır. Yaxşısı budur, adi çoban salatı və ya yağlı salatlar seçəsiz.
Bişmiş kremli pirojnalar, tortlar, yağlı kremli desertlər
İsti havalarda kremli məmulatlardan zəhərlənmələrin sayı artır. Yağlı məhsullar isti temperaturda daha tez əriyir və tərkibini dəyişir. Ona görə də isti havalarda saxlanma müddətini bilmədiyiniz kremli şirniyyatlardan istifadə etməyin. Çay süfrələri verərkən isə ərzaqların yeni tarixdə olmasına ciddi şəkildə fikir verin.
Balıq, konservləşdirilmiş qidalar
Dondurulmuş balıq və balıq məhsulları yayda qəti olaraq alınmamalıdır. Balıq yay aylarında 5 dəfə daha tez xarab olur. Dəniz balıqları daha təhlükəsizdir, nəinki göl, çay balıqları. Çünki duzlu su zəhərli mikroorqanizmləri az da olsa zərərsizləşdirir. Həmçinin istənilən konserva, hisə verilmiş balıq da məsləhət deyil.
Yumurta
Yumurta salmonelloz infeksiyasının daşıyıcısıdır. Yayda onun yoluxma təhlükəsi 5-6 dəfə artır. Ona görə çiy yumurta qatılan istənilən ərzaqdan, yeməkdən, şirniyyatdan, kremlərdən uzaq durun. Cücəni payızda sayarlar, elə yumurtanı da payızda qışda yeyin.
Qril toyuq, marinadlaşdırılmış ət
Çoxları bilir ki, toyuq yayda uzun müddət saxlamaq üçün marinadlaşdırılır, qoxusunu itirmək üçün konservantlar əlavə edir, qril bişirirlər. Qrilin təzə, yoxsa artıq xarab olmağa başlayan toyuqdan bişirildiyini bilmək çətindir. Yayda belə toyuqlarda bakteriyalar hər 2 saatdan bir ildırım sürətilə çoxalır.
Sağlamlığınızın qeydinə qalmaq üçün 3 ay sadaladığımız qidalardan uzaq olmaq heç də çətin deyil.
Vüsalə

