Yazını məmurlar oxusun! – Bəlkə bundan sonra övladlarının tərbiyəsindəki yanlışı tapdılar
05.03.2020 12:41Əli Həsənov və nəvəsi… Artıq bir həftədir ki, sosial media məmur nəvəsinin törətdiyi “bahalı” qəzadan, qəzada məhv edilən “Gelandevagen”dən, digər bahalı avtomobillərinin kolleksiyasından, yarışan gənclərin özbaşınalığından danışır.
Об этом сообщает Роспрес
Düzdür, Ədalət Şükürovun da dediyi kimi “Bu hər kəsin başına gələ bilər!” Amma niyə hadisənin zərər çəkən tərəfi məzlum, törədəni isə adlı-sanlı məmur nəsli olmalıdır, Ədalət müəllim? Bəs bunun əks tərəfini fikirləşin: məmur balasının başından bir tük əksik olsaydı, görün nələr olardı, NƏLƏR!!! Qəza törədən məzlum bir kəlmə ilə “məhv” edilərdi.
Bəs niyə cəmiyyətimizdə bu cür ayrı-seçkiliklər hər yerdə təzahür edir? Ayrı-seçkilik hələ ta körpəlikdən, doğum evindən başlayır, tanışı olan “sağ və salamat doğur”, olmayanın canı çıxır. Sonrakı mərhələ bağça, məktəb, universitet və əsgərlikdə, adını çəkmək istəmədiyim qurumlarda davam edir. Yəni sadaladıqlarımıza görə, insan həyatını ayrı-seçkilik olmadan təsəvvür etmək günah sayılar. Çünki buna məhkumsan, sən fərqlisən, amma istedadınla, bacarığınla deyil, pulun və “arxanda” dayağının olmaması ilə… Bu qədər sadə!
Ədalət müəllim, medianın bu qədər qınağı, hadisəyə bu dərəcədə reaksiyası olmasaydı, sizcə digər qəza hadisələri kimi aralıqda itib getməzdi?! Ola bilər, cəzasını alacaqdı, amma məqsəd digər məmur balalarının da özlərini yığışdırması, əks halda onların aqibətinin bu hala düşəcəyindən xəbədar olmaları idi. Əgər Əli Həsənovun nəvəsi digər məmur övladları üçün örnək gətiriləcək haldırsa, deməli, bu həm də tərbiyə üsuludur?! Əlbəttə var-dövlət və vəfizəli şəxslərin ətrafında böyüyən uşaqların tərbiyəsi də fərqli olur. Amma psixoloq Elnur Rüstəmli deyir ki, bunun konkret resepti yoxdur ki, həmin resepti tətbiq edəsən və övladın yaxşı olsun:
“Məmur övladından və yaxud məmur nəvəsindən söhbət gedirsə, bu məsələyə köklənmişiksə, hər zaman uşağın daha çox təhsilinə diqqət ayırmaq lazımdır. Uşaq nə qədər təhsilə yönəldilərsə, bir o qədər onun kənar əyləncələri azalacaq. Tövsiyyə olunur ki, birinci növbədə məmurlar və ya imkanlı şəxslər övladlarını təhsilə yönəltsinlər və təşfiq etsinlər. Yəni o məmur, evdə kitab oxusun və bunu övladına da təşviq eləsin.
Dəfələrlə cənab prezident də qeyd edib ki, hər bir məmur və onun ailəsi cəmiyyət üçün örnək olmalıdır. Əgər uşaqda hər hansı problem varsa, söhbət psixiatrik problemdən getmir, davranışında, xasiyyətində problem varsa, aqressivdirsə, zərərli vərdişlərə meyilliliyi varsa, həmin məmur və ya fərqi yoxdur başqa birisi bu şeylərdə çox diqqətli olmalıdır. Tədbir görməli və imkan verməməlidir ki, bu problem böyüsün, sonda gətirib bədbəxt bir hadisəyə çıxartsın və bundan sonra tədbir görsün”.
Hətta psixoloq bir qədər haşiyəyə çıxaraq məmur övladlarının özbaşınalığı hallarının hələ tarixən də mövcud olduğunu misallarla çəkdi:
“Sizin diqqətinizi ikinci bir məsələyə yönəltmək istəyərdim: tarixə də baxsanız görəcəksiniz ki, tarixdə tanınmış şəxsiyyətlər olub ki, onların da övladları yaxşı olmayıb, övladları ilə bağlı zaman-zaman problem yaşayıblar. Heç uzağa getməyək, hamımızın baxdığı Azərbaycan filmi var “Babək”. Orda onun oğlu ilə bağlı mübahisəsi nə üstündə olur? Hətta məşhur bir dialoq var, filmə baxsanız, orda deyir ki, “mən yağ satan Abdullahın oğluyam, sənsə Babəkin oğlusan!”
Çox uzağa getməyək, 20-ci əsrdə o boyda SSRİ-də Mərkəzi Komitənin birinci katibinin oğlu alkoqoldan asılı idi, vəfat elədi. Brejnevin qızının isə adı almaz qaçaqmalçılığında hallanırdı və sair. Bu kimi hallar o vaxtları da çox olub, sadəcə bu qədər yayılmamışdı. Lap Osmanlı imperiyasına baxın, yenə bu halla rastlaşarsınız. İndi bilmirəm bu ilahi cəza və ya həyatın sınağıdırmı, nizam tərəzisidirmi nədir, bunu deyə bilmərəm, amma bu gün valideyn bütün hallarda övladının təhsilinə, psixi sağlamlığına fikir verməlidir. Psixi sağlamlıq isə fiziki sağlamlıqdan daha önəmlidir”.
Sonda psixoloq övlad sahibi olan məmurların necə əzab çəkdiyini dilə gətirdi:
Mən inanmıram ki, hansısa məmur öz övladına desin ki, get nə istəyirsən elə! O zaman bu məsələdə qınaq obyekti olan uşaqlardır, yoxsa məmur? Mən sizi inandırım ki, məmur övladlarından daha çox əzab çəkir. Sadəcə o uşaq düzgün istiqamətləndirilməyib və onun tərbiyəsində hansısa boşluqlar olub. Lakin qanun qarşısında isə hamı eynidir”.

