Yediyi salatın içərisindən çürümüş yarasa çıxdı
05.03.2020 12:41“Walmart” şirkətinin satdığı “Organic Marketside Spring Mix” adlı salatı yeyən iki müştəri salatın içərisindən çürümüş yarasa cəsədi tapıblar.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, salatı yeməyə başladıqdan sonra yarasa tapan iki müştəri quduzluq testindən keçirilib. Şirkət cənub əyalətlərində satılan salatları kim alıbsa, onları zibil qutusuna atmağı məsləhət bilib və salatı alanların ödədiyi pulların geri qaytarılacağını deyib.
Bundan sonra yarasadan örnəklər götürülüb və testdən keçirilib. Müştərilərin sağlamlığında heç bir problemin olmadığı məlum olub.
“Walmart” isə salatların yalnız Amerikanın cənub-şərqində satıldığını və bu hissələrdə piştaxtalardan yığışdırılacağını açıqlayıb.

