Yemək birbaşa insan əhvalına təsir edir – Araşdırma
05.03.2020 12:42Binghamton Universitetinin amerikalı alimlərinin dediklərinə görə, yemək müxtəlif yaşda olan insanların psixologiyasına fərqli təsir göstərir.
Об этом сообщает Руспрес
Saytımız Rusiya mediasına istinadən xəbər verir ki, tədqiqat zamanı müxtəlif ölkələrdən olan insanların yemək vərdişləri, istehlak etdikləri qidalar və psixooloji vəziyyətlərini təsvir edən onlayn sorğu keçirilib.
Əldə edilən nəticələrə görə, alimlər ət yeməklərinin 18-29 yaş arasında olan insanların əhval-ruhiyyəsinə təsir etdiyini, müntəzəm olaraq ətlə qidalanan insanların beynində əhval-ruhiyyəni yaxşılaşdıran və məmnuniyət hissini artıran kimyəvi maddələrin (serotonin və dopamin) toplandığını aşkarlayıb.
Lakin həftədə 3 dəfə ət yeyən və idmanla məşğul olmayan gənc insanların psixoloji xəstəliklərə meyilli olduqları da məlum olub.
Yaşı 30-dan yuxarı olan insanlar isə tərkibi antioksidantlarla zəngin olan (qırmızı şərab, yaşıl çay, lobya) qidalardan çəkinməlidir. Çünki bu kimi qidalar sərbəst radikalların (oksidantların) hərəkətini radikallaşdırır. Yaş artdıqca onların sayı artır ki, bu da psixoloji narahatlıqlara gətirib çıxarır. Digər tərəfdən bu kimi qidalar insanlarda stressin yaranma ehtimalını artırır.
Firuzə Alimova / A24.az

