Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yeni lazer sistemi ilə dumanlı yolda maşın sürmək asanlaşacaq

05.03.2020 12:42

İtaliyalı elektronika mütəxəssisləri dumanlı havalarda parlayaraq dəhlizlər çəkən radarlı yol lazer sistemi yaradıblar.

Об этом сообщает Роспрес

Saytımızın xarici KİV-ə istinadən verdiyi məlumata görə, 42 yaşlı elektronika mütəxəssisi Domeniko Qallo ölümlə nəticələnən avtomobil qəzasına şahid olur. Bu hadisədən sonra o, yol lazer sistemini icad etməyə qərar verir.

Ağır iqlim şəraitində sınaqdan keçirilmiş və tam avtomatlaşdırılmış “LaserAid” adlı sistem yolu duman bürüdüyü zaman işə düşür. İtaliyanın yol xidməti tədricən ölkənin bütün yollarını “lazer” duman əleyhinə qurğularla təchiz etmək niyyətindədir. Yolu işıqlandıran adi fənərlərin analoji iş prinsipinə malik bu qurğu yol boyu dayaq və sütunlarda yerləşdirilə bilər.