Yoldakı buzları təmizləyən qadını vurub 15 metr kənara atdılar – BAKIDA
05.03.2020 12:43Bakıda ağır yol qəzası baş verib.
Об этом сообщает Руспрес
Saytımız “lent.az”a istinadən xəbər verir ki, Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən qadını avtomobil vurub. Naməlum sürücünün idarə etdiyi nəqliyyat vasitəsi 40-45 yaşlı qadını vuraraq 10-15 metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Qəzanı törədən sürücü avtomobili ilə birgə qaçıb.
Faktla bağlı araşdırma aparılır.

