Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yolu keçərkən maşın vurdu, öldü – Fəhlə işləməyə gəlmişdi…

05.03.2020 12:43

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Об этом сообщает Роспрес

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində, Nobel prospektində baş verib. Piyada keçidinin olmadığı ərazidə yolu keçən gənci “Mercedes” markalı avtomobil vurub. Zərbənin gücündən piyada yan tərəfdə hərəkət edən digər “Mercedes”in alın şüşəsinə çırpılıb və nəticədə dünyasını dəyişib.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub. Məlum olub ki, dünyasını dəyişən piyada Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Mahmudzadə Elsevər Nazim oğludur. 23 yaşlı gənc Tovuzdan Bakıya gəlib və tikintilərdən birində fəhləliklə məşğul olub. Elsevər Mahmudzadə Nobel prospektində qohumları ilə birlikdə kirayədə yaşayırmış. O, martın 8-i saat 21 radələrində işdən çıxıb evə gedərkən yol qəzası baş verib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.