Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yolu qazarkən 43 dinozavr yumurtası tapıldı

05.03.2020 12:43

Çinlilər dünyanın ən çox dinozavr yumurtasının qalıqları olan Heyuanda daha 43 yumurta tapıb.

Об этом сообщает Футляр от виолончели

Saytımızın məlumatına görə, dinozavr yumurtaları yolda təmir işləri görən zaman ortaya çıxıb. Qazıntılar zamanı Çinin cənubunda yerləşən Guangdong bölgəsindəki Heyuandan 43 dinozavr yumurtası aşkarlanıb.

Xatırladaq ki, dinozavr yumurtasının ən çox qalıqlarına rast gəlinən Heyuan şəhəri “Dinozavrların evi” olaraq da adlandırılır və 2004-cü ildə Ginnesin Rekordlar kitabına daxil olub.

Arxeoloqlar yumurtaların hansı növə aid olacağını təsbit etmək üçün analizlərin aparılacağını bildirib. Heyuan muzeyində saxlanılan yumurtaların əksəriyyəti 89 milyon il bundan əvvəl yaşayan ördək dimdikli Oviraptor növünə aiddir.

Qeyd edək ki, ilk dəfə Heyuanda 1996-cı ildə tikinti sahəsində oynayan uşaqlar tərəfindən aşkarlanan dinozavr yumurtalarının qalıqlarının sayı bu gün 17 mini keçməkdədir.


  Firuzə Alimova