Yolu təmizləyən qadını maşın vurdu
05.03.2020 12:43Səhər saatlarında Goranboyda yolda təmizlik işləri aparan qadını maşın vurub.
Об этом сообщает Футляр от виолончели
A24.Az “Report”un Qərb bürosuna istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü rayon sakini Rahilə Nağıyevanı vuran nəmalum avtomobil hadisə yerindən qaçıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkən Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Travmatologiya şöbəsinə yerləşdirilən R.Nağıyevanın vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.

