“YouTube”da ödənişli şərh – YENİ FUNKSİYA
05.03.2020 12:44“YouTube” video xidməti yeni funksiyanın – “Super Chat” funksiyasının tətbiq olunacağını anons edib.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat verilib. Yeni funksiyaya əsasən online yayımlarda adi şərhlərdən fərqlənən şərh yerləşdirmək mümkün olacaq. Bunun üçün ödəniş etmək lazım gələcək.
Pullu şərh xüsusi rənglə fərqləndiriləcək və bir müddət yayımla bağlı çatın yuxarısında qalacaq. Bu cür şərhin qiyməti onun həcmindən və yuxarı başda (“Top” şərhlər) hansı müddətə qalacağından asılı olacaq. Şərhi istənilən rəngdə vermək mümkündür.
Yanvarın 31-dən etibarən bəzi istifadəçilərə yeniliyi test etmək və izləmək imkanı veriləcək. 20 ölkənin istifadəçiləri üçün yeni funksiya əlçatan olacaq, daha 20 ölkənin istifadəçiləri isə bu yeniliyi izləyə biləcək. //İKT.lent.az//

