Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yox dövlətimin bayrağı bayraqlar içində – ABŞ-ın bu ştatında Azərbaycana xor baxdılar

05.03.2020 12:44

ABŞ-ın Pensilvaniya ştatında yaşayan azərbaycanlılar ştatın Filadelfiya şəhərinin mərkəzi prospektlərindən birində Azərbaycan bayrağının dalğalanmasına nail ola bilmirlər.

Об этом сообщает Руспрес

A24.az-a bu barədə Amerikada yaşayan soydaşımız Elman Eldaroğlu məlumat verib. O, məlum məsələ ilə bağlı bunları deyib:

“ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərinin mərkəzi prospektlərindən birində yolboyu basdırılmış dirəklərdə dünya ölkələrinin bayraqları dalğalanır. Maraqlıdır, burada bütün keçmiş sovet respublikalarının, o cümlədən Ermənistanın bayrağı olsa da, nədənsə Azərbaycanın bayrağına yer ayrılmayıb.

Filadelfiyada yaşayan soydaşlarımızdan səbəbini soruşarkən məlum oldu ki, nə qədər səy göstərsələr də, buna nail ola bilməyiblər. Burada ermənilərin diasporu o qədər güclüdür ki, soydaşlarımız Azərbaycan bayrağının həmin küçədə dalğlanmasına hüquqi yolla heç cür nail ola bilmirlər”.

A24.az olaraq ümid edirik ki, Amerikanın ölkəmizdəki səfirliyi məsələni diqqətə götürəcək və Azərbaycan bayrağına kəm baxanlarla bağlı lazımi tədbirlər görüləcək. Tez zamanda Filadelfiya şəhərindəki həmin prospektdə Azərbaycan bayrağının dalğalanması xəbərini alacağıq.