Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yubileyində Quran oxutduran Nadir: “…həyəcanlı idim, xatırlamıram” – VİDEO

05.03.2020 12:44

26 dekabr tarixində 55 illik yubileyini qeyd edən müğənni Nadir Bayramlı doğum günündə Quran oxutdurub.

Об этом сообщает Футляр от виолончели

Maraqlı hadisə kimi yadda qalan doğum günündə Quranın oxudulmasını müğənni “A24.az”a açıqlamasında belə izah etdi:

“Açıqlaması çox sadədir. Mən özüm ibadət əhliyəm. Ən çox sənətimi və Rəbbimi sevirəm. Bizə göndərdiyi Qurandan doğum günümdə oxunmasını istədim ki, onun feyzindən, bərəkətindən gələn sənət adamları, qonaqlarımız faydalansınlar. Çox yaxşı səsləndi və bəyənildi də”.

Ərəb dilində Quran oxuduğunu deyən Nadir Bayramlıdan məclisdə Qurani Kərimdən hansı surə və ya ayənin oxunduğunu soruşduqda “mən ərəb dilində də Quran oxuyuram, Azərbaycan dilində də, fərqi yoxdur. Sözün düzü, çox həyəcanlı idim, xatırlamıram. Lazım olsa, zəng edib öyrənə bilərəm. Məclisdə Quranı isə Göy Məscidin hafizi, imamı oxudu” deyə bildirdı.

“Bütün məclis boyu Quran oxundu, yoxsa musiqiyə də yer verildi” sualına müğənni “Quran məclisin əvvəlində oxundu, ondan sonra söz bizə verildi. İlk sözü, xeyir-duanı da anamdan aldım. Anamın 78 yaşı var. Bizi dünyaya gətirən anadır. İstədim ilk olaraq o təbrik eləsin” şəklində cavablandırdı.