Yük avtomobili aşdı: tonlarla kartof yola töküldü
05.03.2020 12:44Bu gün saat 18:45 radələrində Bakı-Qazax magistralının 385-ci km-də, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Об этом сообщает Роспрес
A24.Az “ARB Kəpəz”ə istinadən xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan Ağcabədi rayon sakini Cabir Mövsümov idarə etdiyi “QAZ-53” markalı avtomobili aşırıb.
Nəticədə avtomobilin yük yerində olan 5 ton kartof isə yolun hərəkət hissəsinə tökülüb. Hadisə anı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Yolda avtomobillərin hərəkəti çətinləşib.

