Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Yüksək vəzifədə işə düzəldəcəyəm” dedi, 8 il cəza aldı

05.03.2020 12:44

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1965-ci il təvəllüdlü Həsən Rzayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Об этом сообщает Руспрес

A24.az-ın “Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə H.Rzayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, H.Rzayev Bakı şəhər sakini Elmira Nəsirovadan 14 min 500 manat alaraq onun oğlunu Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəldəcəyini vəd edib.

Bundan başqa, H.Rzayev Bakı şəhər sakini Məmməd İbrahimovdan qızını Ədliyyə Nazirliyinə işə düzəldəcəyini vəd verərək 50 min manat alıb.

H.Rzayev hər iki vədinə əməl etməyib.