Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yumurtadan pendir istehsal edilecek

05.03.2020 12:44

Türkiyənin qida mühəndisləri maraqlı bir təcrübənin nəticəsini əldə edə biliblər.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, iki il davam edən prosesdə Bingöl Universitetinin heyyəti yumurtadan da istifadə edərək tərkibi çox zəngin pendir istehsal edib.

Qeyd edək ki, mühəndislər yaxın gələcəkdə bu qeyri-adi qida növünün satış üçün istehsal ediləcəyini də bildiriblər.

Bir neçə il sonra “pendirli yumurta”dan istifadə edə biləcəksiniz.

Sözügədən pendir “Holland pendiri” olaraq tanıdığımız növə aiddir. Belə ki, bu məhsulların tərkibinə 7% yumurta qatılmaqla zəngin tərkibə malik qida növü əldə olunub. Protein mənbəyi yumurta ilə kalsiumla zəngin olan pendirin qarışığı insanlarda artıq maraq doğurmağı bacarıb.

Tərkibində yumurta sarısı olduğu üçün rəngi daha tünd olacaq.

Yağ istifadəsində rəngin açılmasına səbəb olan bu maddəni yumurta sarısı ilə əvəz etməklə nisbətən daha tünd rəng əldə edilib. Yağsız pendir təəssüratı yaratsa da məhsulun tərkibi zəngindir. Eyni zamanda balaca yumurtaların istifadə edilməsi ilə “Holland pendirləri”ndə qiyməti 5% aşağı sala bildiklərini vurğulayıblar.