Yumurtanın ucuzlaşma səbəbi AÇIQLANDI
05.03.2020 12:44Yumurtanın qiyməti yenidən ucuzlaşıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, bir neçə ay bundan əvvəl bazarlarda 14-16 qəpiyə təklif olunan yumurta, hazırda mağazlarda 0.08-0.10 qəpiyə satılır.
Yumurtanın təxminən iki dəfəyə yaxın ucuzlaşmasının səbəbi A24.Az-a iqtisadçı ekspert Natiq Cəfərli şərh edib.
Ekspertin sözlərinə görə, yumurta strateji məhsullardan biridir:
“Dəfələrlə cəmiyyətdə müzakirə olunan və insanların (xüsusilə az təminatlı ailələrin) qida rasionun çox önəmli yer tutan ərzaq növlərindən biridir. Azərbaycanda son zamanlar bu məhsulun qiymətinin qalxması ən azından aztəminatlı təbəqədə ciddi narazıçılıq yaratdı. Və bu qədər bahalaşan məhsul və insanların narahatçılığı ilə bağlı siqnallar hökumətə də çatdı. Yəni belə bir sosial narazıçılıq yaradan problem var”.
“Yumuşaq formada deyim: Nəzarət olunan bazar iqtisadiyyatı modeli olduğundan həmin bazar oyunçularına çox güman ki, müəyyən leqal və qeyri leqal, tapşırıqlar və yaxudda güzəştlər olduğundan sonra yumurtanın qiymətində enmələr müşahidə olundu. Yəni Azərbaycanda hər hansı bir şəxs özü özlüyündə gedib, ölkəyə yumurta gətirə bilmirsə və bunu gətirdikdə belə çox böyük əngəllərlə qarşılaşırsa, deməli ölkəyə yumurta gətirmək, bir qrupun və yaxudda bir neçə biznesmenin nəzarəti altındadır. Və bu ərzaq növü bir qrupun əlində olduğuna görə, hər hansı bir tapşırıqlar yumurtanın qiyməti dəyişdirilə bilinir. Bu artıq sübut olundu”,- deyə Natiq Cəfərli əlavə edib.
İqtisadçı hesab edir ki, qiymətlər dəyişiklərinin edilməsi sanki bir qrupun əlindədir:
“Yumurtanın qiymətin ucuzlaşan zaman sanki bunun kompensasiyası kimi də (elə bil eyni çevrə ətrafında bir qrup şəxs bu işlərlər məşğul olur) digər məhsulların qiymətində bahalaşma müşahidə olundu. Son bir neçə aydır ki,alış – veriş zamanı qiymət artımı olduğunu hiss etməmək mümkün deyil. Misal üçün bir müddət qiyməti ucuzlaşan bananın qiyməti yenidən bahalaşıb. Sanki bir qrup adam bu işlə məşğuldur. Bir məhsulun qiymətində enmə müşahidə olunan digər məhsulun qiymətini qaldırıb ucuzlaşdırdıqları məhsulun qiymətini yenidən kompensasiya edirlər. Çox güman ki, qiymət ucuzlaşması bununla bağlıdır”.
Ekspert yumurtanın ucuzlaşması üçün heç bir iqtisadi əsas olmadığını da diqqətə çatdırıb:
“Heç bir məntiqlə izahı yoxdur ki, qiymət niyə ucuzlaşıb. Azərbaycanda yumurta istehsalı birdən birə kəskin artmayıb ki, qiymət birdən birə az qala iki dəfə aşağı düşsün. Və yaxudda ölkəyə gətirilən idxal yumurtanın qiyməti ucuzlaşmayıb ki, birdən birə bu qədər qiymət fərqi yaransın. Yəni bunun iqtisadi heç bir əsası və izahı yoxdursa, istehsalın artımı ilə əlaqəli deyilsə, deməli süni baş verən bir prosesdir. Proses bu cürdüsə, deməli hər hansı bir biznes qrupuna dövlət strukturları təsir edib. Çox güman ki bu mexanizmlər işə düşüb və qiymət ucuzlaşıb”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli də hesab edir ki, yumurtanın qiymətinin birdən birə ucuzlaşması bu sahənin monopoliyada olduğunu göstəricisidir.
Orxan Aslanlı

