Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yüzlərlə ton içkini siçovullar içdi, ya polislər?

05.03.2020 12:44

Hindistanda siçovullar müsadirə edilmiş yüz litrlərlə spirtli içkini içib.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, 2016-ci ilin aprelində Hindistanın Bixar ştatında spirtli içki satışı və istifadəsinə qadağa qoyulub. Həmin vaxtdan etibarən polis 900 min litrdən çox saxta içki aşkarlayıb.

Müsadirə edilmiş alkoqolun böyük hissəsini siçovullar içib.Polis siçovulların içdiyi içkinin həcmini aydınlaşdırır.

Polislərin bu içkiləri istifadə etməsi ehtimalı da yoxlanılır. Bu iddia təsdiqlənərsə, ondan vəzifədən uzaqlaşdırılacaq və qanun qarşısına çıxarılacaq.

Qeyd edək ki, spirtli içkilərin şüşələri polis məntəqəsində dəlil kimi saxlanılırmış. Bu ştatda alkoqoldan istifadə və satışa görə 10 il həbs nəzərdə tutulub.