“Zaxarova Azərbaycan mediasını düz təhqir edib” – Zərdüşt Əlizadə OD PÜSKÜRDÜ
05.03.2020 12:45Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 27-də keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir edib.
Об этом сообщает Футляр от виолончели
O, azərbaycanlı jurnalistin 2014-cü ilin dekabrında qondarma “DQR” məhkəməsi tərəfindən ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq kəsib. Zaxarova Azərbaycan mətbuatında bu səpkidə yazılan yazıları “xamlıq” adlandırıb: “Bu məqalələr təhlil deyil. Konstruktiv və ya qeyri-konstruktiv, fərq etməz, amma bu, xamlıqdır. Bundan sonra bizdən əlavə məlumat istəyirsiniz? Düzünü deyim ki, bu cür məqalələrdən sonra sizinlə ünsiyyət qurmaq istəmirik. KİV-lər üçün açıq qurum olsaq da, xamlıq etməyə heç kəs icazə verməyib”.
Məsələ ilə əlaqədar Azəebaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev və Azərbaycan Mətbuat Şurası M.Zaxarovanın bu çıxışı ilə bağlı açıqlama və bəyanat veriblər.
Politoloq Zərdüşt Əlizadə A24.Az-a açıqlamasında məsələyə fərqli münasibət bildirib.
Zərdüşt Əlizadə hesab edir ki, Zaxarova Azərbaycan jurnalistləri haqda təhqiramiz söz işlədibsə, düz edib:
“Azərbaycan jurnalistləri hansı səviyyədədir? Elə yüksək səviyyədədir ki, “Pulitzer” mükafatı alıblar? Bir-birilərinə qızıl qələm bağışlamaqla iş düzəlmir”.
“Azərbaycan jurnalistikasının bugünkü vəziyyəti çox acınacaqlıdır. İstər hökumət yönümlü, istər müxalifət, istərsə də bizi müstəqil adlandıranlar. Oxumalıdırlar, inkişaf etməlidirlər, elə bir intellektual səviyyədə olmalıdırlar ki, Zaxarovaya elə onun səviyyəsində kinayəli, mədəni sual verə bilsinlər. Belələri isə yoxdur. Vəssalam…”, – deyə Z.Əlizadə əlavə edib.
Orxan

