“Zirə” Avroliqaya inamlı qələbə ilə başladı
05.03.2020 12:46Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarına start verilib.
Об этом сообщает Роспрес
A24.Az-ın xəbərinə görə, Azərbaycan təmsilçisi “Zirə” klubu Bakıda “Dalğa Arena”da Lüksemburqun “Differdanj” komandasını qəbul edib və 2:0 hesablı qələbə qazanıb.
Qarşılaşmada hesabı 22-ci dəqiqədə Riçard Qadze açıb. Matçın 80-ci dəqiqəsində Kervens Belfort hesab arasındakı fərqi iki topa çatdırıb.
Bununla da, qitə miqyasında ilk oyununa çıxan qəsəbə təmsilçisi inamlı qələbə qazanıb.
Cavab oyunu iyulun 6-da Lüksemburqda keçiriləcək.

