Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

2017-ci ilin ən yaxşı ərəb futbolçusu müəyyənləşib

05.03.2020 12:49

Misir yığmasının və İngiltərənin “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah 2017-ci ilin ən yaxşı ərəb futbolçusu seçilib.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, 25 yaşlı futbolçu ərəb ölkələrini təmsil edən 100-dən çox jurnalistin qatıldığı səsvermənin yekununda qalib olub.

Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının suriyalı forvardları Omar Xribin və Umar Əl-Suma müvafiq olaraq 2 və 3-cü yerləri tutublar.

Qeyd edək ki, M.Salah ötən yay İtaliyanın “Roma” klubundan “Liverpul”a keçib. O, cari mövsümdə İngiltərə təmsilçisinin heyətində çıxdığı 29 oyunda 23 qol vurub. Misir yığmasının 2018-ci il dünya çempionatına vəsiqə qazanmasında böyük pay sahibi olan hücumçu, 2017-ci ildə Afrikanın ən yaxşı futbolçusu seçilməyə də namizəddir. Bu seçim üzrə qalibin adı yanvarın 4-də açıqlanacaq.