Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

2018-ci il bu məmurlara düşmədi – SİYAHI

05.03.2020 12:49

2018-ci il bir çox önəmli hadisələrlə yadda qaldı. Azərbaycan Xalq Xümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü münasibəti ilə ölkə başçısı tərəfindən 2018-ci ilin “Cümhuriyyət ili” elan olunmasından tutmuş, prezident seçkilərinə və istefaya göndərilən Nazirlər Kabinetinin tərkibinin dəyişməsinə qədər bu ilin önəmli hadisələri olub. Belə ki, aprel ayında keçirilən Prezident seçkilərində qələbə qazanan İlham Əliyev növbəti illərdə çiyin-çiyinə işləmək istədiyi komandasını təyin etdi. Prezidentin yeni komandasında onun etimadını doğruldanlar ya əvvəlki vəzifələrində qaldı, ya da daha yüksək posta təyin olundular. Amma ölkə başçısının etimadını doğrultmayanlar isə komandanın hüdudlarından kənarda qaldılar, yəni vəzifələrindən kənarlaşdırıldılar.

Об этом сообщает Руспрес

A24.Az bu il vəzifəsindən azad edilən yüksək vəzifəli məmurların siyahısını təqdim edir:

Artur Rəsizadə – Baş nazir vəzifəsindən azad edilib. O, 1996-cı ildən 2018-ci ilə qədər ölkənin baş naziri olub.

Abid Şərifov – Baş nazirin müavini vəzifəsindən azad olunub. A.Şərifov 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirin müavini vəzifəsində çalışıb.

Elçin Əfəndiyev – Baş nazirin müavini vəzifəsindən azad olunub. O, 1993-cü ildən bu vəzifəni icra edirdi.

İsmət Abbasov – 2018-ci il İsmət Abbasova da düşərli il olmayıb. O, cəmi-cümlətani beş il müddətinə Baş nazirin müavini vəzifəsini icra edib. Belə ki, 2013-cü ildən Baş nazirin müavini vəzifəsinə təyin olunan Abbasov bu il hökümətin yeni tərkibində yer almayıb.

Səlim Müslümov – O, Əmək və əhalinin sosial müdafiəsi naziri idi. 2013-cü ildən nazir vəzifəsini icra edən Səlimov bu il vəzifəsindən azad olundu.

Heydər Əsədov – 2013-cü ildə Kənd təsərrüfatı naziri vəzifəsinə təyin olunan Əsədov 2018-ci ildə vəzifəsindən azad olunub.

Nazim İbrahimov – O, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri idi. N.İbrahimov 2002-ci ilin iyul ayında Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib. Daha sonra 2008-ci il noyabr ayının 19-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. O, bu vəzifəni 2018-ci ilə qədər icra edib.

Etibar Pirverdiyev – O, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. Pirverdiyev 2001-ci ildə bu vəzifəyə təyin olunmuşdu.

Hüseynqulu Bağırov – O, 17 il Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri olub. 2001-ci ildə nazir vəzifəsinə təyin olunan Bağırov 2018-ci ildə vəzifəsindən azad olunub.

Aydın Əliyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin keçmiş sədri olub. O, gömrük xidməti general-polkovnikidir. A.Əliyev 23 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən vəzifəsindən azad edilib. O, 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışırdı.

Əli Həsənov – O, 1998-2018-ci illərdə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. Komitəyə rəhbərlikdən çıxarılan Həsənov hazırda Azərbaycan Respublikası Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir.

Firudin Nəbiyev – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi olub. O, 2012-ci ildə DMX-nin rəisi vəzifəsinə təyin olunub. General-mayor F.Nəbiyev bu ilin aprelində vəzifəsindən kənarlaşdırılanlar arasındadır.

Qüdrət Şükürov – Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru vəzifəsini icra edirdi. Q.Şükürovun adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb. Daha sonra onun barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

Abel Məhərrəmov – Bakı Dövlət Universitetinin (BDU) rektoru olub. O, 2018-ci ildə rektor vəzifəsindən azad olunub. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri olan A.Məhərrəmov 1999-cu ildən BDU-ya rəhbərlik edirdi.