48 nəfər xarici ölkə vətəndaşı məsuliyyətə cəlb olundu
05.03.2020 12:50Bu ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 1841 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Об этом сообщает Роспрес
Bu barədə A24.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan məlumat verilib.
Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 7-si 16-18 yaşadək, 118-i 18-25 yaşadək, 235-i 26-29 yaşadək, 1481-i 30 yaşdan yuxarı, o cümlədən 24-ü fəhlə, 1566-ı işləməyənlər, 5-i qulluqçu, 1-i vəzifəli və ya maddi məsul şəxs, 1-i kənd təsərrüfatı işçisi, 690-ı əvvələr cinayət törətmişlərdir, 12-i əvvəllər xüsusi qeydiyyatda olublar.
Həmin şəxslərdən 1814-ü kişilər, 27-si qadınlar olub. Məsuliyyətə cəlb olunanlardan 48 nəfəri isə xarici ölkə vətəndaşları olub ki, onlardan da ümumilikdə 100 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərdən 34-ü İran İslam Respublikası, 4-ü Rusiya Federasiyası, 5-i Gürcüstan, 2-i Türkiyə, 2-i Ukrayna 1-i isə Türkmənistan Respublikasının vətəndaşı olub.

