Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Jurnalistlər qazsız qalıblar – Səbəb adidir, sadəcə, əncam edən yoxdur

05.03.2020 12:53

Sutka boyunca əhalinin, şikayətçi insanların dərdini dinləyən, problemlərinin həllinə çalışan jurnalistləri özü məişət problemi ilə üzləşib. Bu hadisə Jurnalistlər evi-2-də baş verib. 

Об этом сообщает Руспрес

A24.Az bildirir ki, musavat.com-a verilən məlumata görə, iki gündür 255 mənzillik binaya qaz verilişi dayandırılıb. Əvvəlcə elə düşünülüb ki, bu, müvəqqəti problemdir, Bayıldakı sürüşmənin aktiv mərhələyə keçməsi ilə bağlı həyata keçirilən preventiv tədbirlərin nəticəsidir. Ancaq sonra məlum olub ki, qonşu binanın qaz təminatı qaydasındadır.

Bundan sonra jurnalistlər problemin qaynağını tapıblar, aydın olub ki, problem binanın həyətindəki qazpaylayıcı qurğudadır (rusca QRP adlanır). Nəyə görəsə qurğu xarab olub. Binanın komendantı Bünyamin İsmayılov da qaz verilişinin kəsilməsinin səbəbinin qazpaylayıcı qurğuya görə olduğunu deyib və əlavə edib ki, bu barədə səlahiyyətli dövlət qurumuna – “Azərqaz”a məlumat versə də, onlar gəlib nasazlığı aradan qaldırmırlar.