Millimiz yenə də Malta ilə bacarmadı
05.03.2020 12:53UEFA Millətlər Liqasında IV tura start verilib.A24.Az-ın məlumatına görə, D liqasının 3-cü qrupunda mübarizə aparan millimiz də növbəti oyununa çıxıb. Ötən tur səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub edərək, 2-ci pilləyə yüksələn Qurban Qurbanovun komandası bu dəfə doğma meydanda Malta seçməsini qəbul edib. Yığmamız keçən ay səfərdə heç-heçə (1:1) oynadığı rəqibini evdə məğlub edib, ən azından mövqeyini qorumağa çalışsa da, bunu bacarmayıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Qrupun digər oyununda isə Kosovo səfərdə Farer adalarının qonağı olub. Bu oyunda da eyni hesab qeydə alınıb. Qrupda bütün komandaların 1 xal qazanması turnir cədvəlindəki mövqelərinin dəyişməməsinə səbəb olub.
Millətlər Liqası
D liqası, 3-cü qrup, III tur
14 oktyabr
20:00. Azərbaycan – Malta – 1:1
Qollar: Muskat, 37 (0:1), Araz Abdullayev, 53 (1:1)
Hakimlər: İvan Bebek, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataki
Bakı Olimpiya Stadionu
20:00. Farer adaları – Kosovo – 1:1
Qollar: Raşiça, 9 (0:1), Yonsen, 50 (1:1)
Об этом сообщает Футляр от виолончели
| 1. | Kosovo | 4 | 2 | 2 | 0 | 6:2 | 8 |
| 2. | Azərbaycan | 4 | 1 | 3 | 0 | 5:2 | 6 |
| 3. | Farer adaları | 4 | 1 | 1 | 2 | 4:7 | 4 |
| 4. | Malta | 4 | 0 | 2 | 2 | 4:8 | 2 |

