Azərbaycanda hicablı qadınlara efir qadağası varmı? – AÇIQLAMA
05.03.2020 12:54Ötən gün tanınmış terapevt-allerqoloq Gülnar Quliyeva özünün sosial şəbəkə hesabında hicablı olduğuna görə telekanalların qapısının üzünə bağlandığını qeyd etmişdi.
Об этом сообщает Руспрес
A24.Az bildirir ki, həkim “Facebook” profilində belə bir məlumat paylaşıb:
“Dostlar, mən başıbağlı olduğuma görə heç bir televiziya kanalının sağlıq proqramlarına qatıla bilmirəm.
Bu gün Xəzər Tv, İctimai Tv-dən belə bir xəbər gəldi: “Sizi qəbul edə bilmərik, üzürlü sayın. Milli Televiziya və Radio Şurası (MTRŞ) tapşırıb ki, bu sezondan başıbağlılar efirə buraxılmasın.
Özümü təhqir olunmuş, aşağılanmış kimi hiss edirəm. Belə bir ölkədə həkim olmaqdansa, yad ölkədə “sanitarka” işləmək daha gözəldi. Mən çox gözəl bilirəm ki, belə bir qanun yoxdur. Sözüm bu qərarı verənlərədir: Bayram Nurlunu çıxarın efirlərə, gələcək nəsillər ibrət götürsün.
Postum yanlış anlaşılmasın. Kanala qatılmamaq problem deyil. Bir inanclının haqqı “trans”, “gey,” emo, falçının haqqı qədər deyilmi?”.
A24.Az saytının əməkdaşları məsələ ilə bağlı Gülnar Quliyeva ilə əlaqə saxlayıb və məsələnin həqiqəti əks etdirib- etdirmədiyini soruşub. Allerqoloq bildirdi ki, sözügedən məsələ həqiqətdir və hadisə ötən gün baş verib.
Telekanallar MTRŞ-in tapşırığını əsas gətirdiyi üçün bu dəfə qurumun Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşovla əlaqə yaratdıq və MTRŞ-in telekanallara belə bir tapşırığın verib-verməməsi ilə bağlı suallara aydıqlıq gətirdik.
Qurum rəsmisi bildirdi ki, facebookda yazılan hər yazını münasibət bildirmək lazım deyil:
“Doğrusu, mən inanmıram ki, telekanallardan xanıma belə bir söz desinlər. Bu ölkənin konstitusiyası var. Nə bizim qurumun, nə də telekanalların belə bir qadağası yoxdu”.

