Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hülusi Kılıç: Qarabağ uğrunda canımdan keçməyə hazıram

05.03.2020 12:55

“Ermənistan-Türkiyə sərhədi Azərbaycana görə bağlanıb”.

Об этом сообщает Роспрес

Bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hülusi Kılıç Tokat şəhərində ADR-in yaranmasının 100 illiyi münasibəti ilə keçirilən kitab sərgisinin açılışında çıxışı zamanı deyib.

Azərbaycanı Respublika günü münasibəti ilə təbrik edən sabiq səfir, çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunub:

“Ermənistan-Türkiyə sərhədini biz Azərbaycana görə bağlamışıq. Dünyada ikinci belə bir ölkə yoxdur ki, digər dövlətə görə öz sərhədini bağlasın. Bu, Türkiyə və Azərbaycanın bir-birinə nə dərəcədə yaxın olmasının sübutudur”.

2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri olmuş Hülusi Kılıç həmçinin həmişə Azərbaycanın maraqlarının müdafiəsində durmağa və Qarabağa görə canından keçməyə hazır olduğunu bildirib.

Bundan əvvəl ABŞ-ın İrəvandakı səfiri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu etiraf etmişdi.