Qaxda ağacdan yıxılan 21 yaşlı oğlan ölüb
05.03.2020 12:55Qax rayonunda qoz ağacından yıxılan 21 yaşlı gənc aldığı xəsarətlərdən ölüb.
Об этом сообщает Роспрес
A24.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Güllük kəndi ərazisində baş verib.
Kənd sakini, 1997-ci il təvəllüdlü Elşad Ələkbər oğlu Mirzəyev ağacdan yıxılaraq ağır xəsarət alıb. Yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılan E.Mirzəyev yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.

