Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Meyvezer Nurməhəmmədovla döyüşün şərtlərini açıqladı

05.03.2020 12:55

Amerikalı boksçu Floyd Meyvezer rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşə çıxmaq üçün şərtlərini açıqlayıb.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, Meyvezer Nurməhəmmədovla ancaq boks qaydaları ilə döyüşməyə razı olduğunu bildirib.

“Həbibin nə düşündüyünü deyə bilmərəm. Lakin öz tərəfimdən deyə bilərəm ki, bunu edə bilərik. O mənə çağırış yolladı. Odur ki, Həbib mənim dünyama gəlməli olacaq”, – deyə o vurğulayıb.

Meyvezer Həbiblə döyüşdən irlandiyalı Konor Makqreqor üzərində qələbəyə görə qazandığı məbləğdən 100 milyon dollar artıq əldə etmək istədiyini bildirib.