Yük maşını aşdı, ölən var
05.03.2020 12:55Qubada yük maşını aşıb.
Об этом сообщает Руспрес
Hadisə Təngə meşəsi ərazisində baş verib.
Təngəaltı kəndin sakini Xalid Abidovun idarə etdiyi yük avtomobili ilə dağlıq relyefli meşədə hərəkətdə olarkən odun yükü ilə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin Xüsusi Riskli Xilasetmə Qrupunun canlı qüvvəsi və texnikası cəlb edilib.
Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.//Report.Az

