Cəlilabadda vəzifəli şəxs yol qəzasında öldü
05.03.2020 12:55Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Adnalı kənd sakini, 1960-ci il təvəllüdlü Füzuli Saran oğlu Qubadov idarə etdiyi “Niva” markalı avtomobili aşırıb. Nəticədə baş nahiyəsindən aldığı ağır xəsarətlərdən ölüb.
F.Qubadov Cəlilabad rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisidir. İlkin məlumatlara görə, o, avtomobili idarə edən zaman sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.
Report

