Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Erməni futbolçusu Bakıya gəlmir – RƏSMİ

05.03.2020 12:55

Ukraynanın “Vorskla” klubunun futbolçusu Geqam Kadimyan “Qarabağ”la Avropa Liqasının IV tur matçı üçün Bakıya gəlməyəcək.
A24.Az xəbər verir ki, bu barədə “Report”a Poltava təmsilçisinin mətbuat attaşesi Andrey İvanov məlumat verib. Onun sözlərinə görə, səbəb 26 yaşlı hücumçunun zədəli olmasıdır. Klub rəsmisi eyni səbəbdən, yarımmüdafiəçi Georgi Kobaxidze və hücumçu Denis Vasinin də qarşıdakı oyunu buraxacağını bildirib.
İvanov Kadimyanın “Qarabağ”la Bakıdakı qarşılaşmada siyasi səbəblərdən iştirak etməyəcəyinə dair iddialara isə belə münasibət bildirib: “Futbol siyasətlə bu cür kəsişməməlidir. Şəxsən mən bütün millətlərə hörmətlə yanaşıram. Hətta Rusiyanın Ukraynaya məlum münasibətinə baxmayaraq, “Qarabağ”ın heyətində rus futbolçular olsaydı, onların bizimlə oyunda iştiraklarına maneçilik törətməzdik. Siyasi amildən danışmaq əsassızdır, çünki oyunçumuz zədəlidir, beli sərpib”.
 

Об этом сообщает Футляр от виолончели