“Rubin”i avrokuboklardan kənarlaşdırıldı
05.03.2020 12:56Rusiyanın “Rubin” futbol klubu avrokuboklardan kənarlaşdırılıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az rus mətbuatına istinadən xəbər verir ki, Kazan təmsilçisi növbəti iki mövsümdə Avropa futbol qurumunun bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməyəcək. Qərarı UEFA-nın Klublara Maliyyə Nəzarəti üzrə Məhkəmə Palatası qəbul edib.
Tatarıstan komandası 2014-cü ildə maliyyə şəffaflığına riayət etmədiyi üçün sanksiya ilə üzləşib. Reqlamentə əsasən, cəza alan klub sınaq müddətində tam şəkildə maliyyə “fair play” qaydalarına əməl etməlidir. “Rubin” isə 2017/2018 mövsümündə öhdəliklərini düzgün yerinə yetirməyib.
Klub UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququna malikdir.
Qeyd edək ki, “Rubin”in avrokuboklarda ən böyük uğuru 2012/2013 mövsümünə təsadüf edib. “Neftçi” ilə eyni qrupda yer alan Kazan təmsilçisi 1/4 finaladək irəliləyib. Qrup oyunlarında Azərbaycan komandasını hər iki oyunda 1:0 hesabı ilə yenən Kurban Berdıyevin baş məşqçi olduğu komandanı yarımfinala gedən yolda İngiltərənin “Çelsi” komandası büdrədib (3:1, 2:3). “Rubin” 2008 və 2009-cu illərdə Rusiya çempionu olub. Hazırda “Neftçi”nin kapitanı olan Ruslan Abışov 2013 – 2015-ci illərdə müqavilə üzrə Kazan klubuna məxsus olub.

