“Arsenal” “Çelsi”nin futbolçusunu istəyir
05.03.2020 12:56“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Arsenal” heyətinə yeni futbolçu cəlb etmək istəyir.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubu “Çelsi”nin futbolçusu Ruben Loftus-Çiki transfer etmək niyyətindədir.
Об этом сообщает Роспрес
“Çelsi”də meydana nadir hallarda çıxan Loftus-Çikin bu keçidə müsbət yanaşdığı bildirilir. “Çelsi” isə 22 yaşlı futbolçusunu satmaq deyil, icarəyə vermək istəyir.
Qeyd edək ki, ingilis futbolçu son mövsümü icarə əsasında “Kristal Palas”da keçirib.

