Avtomobil piyadanı vuraraq öldürdü – Azərbaycanda
05.03.2020 12:56Hacıqabul rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Об этом сообщает Руспрес
A24.Az “Report”a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 130-cı kilometrliyində, rayonun Muğan qəsəbəsində qeydə alınıb.
Belə ki, “Mercedes”markalı avtomobil yolu keçmək istəyən rayonun Udulu qəsəbə sakini, 1950-ci il təvəllüdlü Ağacəfər Dənyar oğlu Səfərovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
A.Səfərovun Hacıqabul rayon Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

