Rəşid Mahmudovun səhhəti ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ
05.03.2020 12:56Bir neçə gün əvvəl vəziyyəti ağırlaşan və reanimasiyaya yerləşdirilən Rəşid Mahmudov əməliyyat edilib.
Об этом сообщает Роспрес
Bu barədə A24.Az-a professorun yaxınlarından biri məlumat verib. Bildirib ki, Rəşid Mahmudovun səhhəti ictimaiyyəti ciddi narahat edir.
“Bu gün Rəşid müəllim əməliyyat olunub. Əməliyyat uğurlu keçib. Sabah mütləq özü ilə görüşəcəyəm. Durumu yaxşıdır. İnşallah, qısa müddətdə bərpa olunacaq. Narahatlığa əsas yoxdur”.
Qeyd edək ki, tanınmış həkim Rəşid Mahmudov bir neçə gün əvvəl Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.
Bildirilirdi ki, o, qarın boşluğunda yaranan ağrılar səbəbindən Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. Reanimasiya şöbəsində müalicə alan 79 yaşlı fizioloqun mədəaltı vəzidən əməliyyat olunacağı bildirilirdi.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış tibb elmləri namizədi Rəşid Mahmudov bir müddətdir ki, mədəaltı vəzidə yaranan xəstəlikdən əziyyət çəkir.

