Bakıda bu avtobusa minən hər kəs heyran qalır
05.03.2020 12:56Bakıda marşrut avtobusunun tavanında edilmiş dizayn hər kəsin marağına səbəb olur.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bu gün səhər saatlarından etibarən 67 nömrəli sərnişin avtobuslarından birinin tavanına Azərbaycan bayrağı həkk olunub.
Avtobusun daxilindəki bu mənzərə ilk baxışdan diqqət çəkir və hər kəsi qürurlandırır. Bayraq avtobusun tavanını bütövlükdə əhatələyir və daxildəki atmosferə birbaşa təsir edir.
Amma təəssüf ki, bütün bu pozitiv görüntüləri ilə yanaşı bayrağın yerləşdirilməsində yanlışa yol verilib. Beləki tavandakı bayraqda ay-ulduz tərs istiqamətə yerləşdirilib.
Fotonu təqdim edirik:

