Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ünvanlı sosial yardım alanların sayı açıqlandı

05.03.2020 12:56

“2018-ci ilin 1 oktyabr tarixinə orta hesabla 50,2 min ailə (200,2 min nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin edilib”.

Об этом сообщает Футляр от виолончели

A24.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2018-ci ilin 9 ayında görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibli kollegiya iclasında bildirilib.

İclasda hər ailəyə ayda orta hesabla 165,4 manat yardım ödənildiyi qeyd olunub.

Həmçinin cari ilin 9 ayında ölkəmizdə pensiyaların orta aylıq məbləğində ötən ilin müvafiq dövrünə nisbətən 8,4 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğində 9 faiz artım qeydə alındığı, pensiyaların maliyyələşməsinə 7,6 faiz çox vəsait yönəldildiyi, DSMF-nin gəlirlərində 16,07 faiz, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 10,33 faiz, qeyri-büdcə sektoru üzrə 9 faizə yaxın artımın olduğu diqqətə çatdırılıb.