Sosial şəbəkədə tanış olduğu qadın 23 yaşlı oğlanı ÖLÜMLƏ ÜZ-ÜZƏ QOYDU
05.03.2020 12:57Sosial şəbəkədə tanış olduğu qadınla görüşən gənc oğlan ölümlə üz-üzə qalıb.
Об этом сообщает Руспрес
A24.az-ın əldə etdiyi xəbərə görə, hadisə Türkiyədə baş verib. Belə ki, 23 yaşlı Murat Aydın sosial şəbəkədə tanış olduğu qadınla görüşən zaman fiziki təzyiqlərə məruz qalıb. Eyni zamanda, həmin qadının saxta sosial şəbəkə istifadəçisi adı ilə gənc oğlanlara eşq elan etdiyi məlum olub.
Belə ki, M.Aydın sosial şəbəkədə bir qadınla tanış olub. Qadınla bir müddət yazışdıqdan sonra görüşmək qərarına gəlib. Amma tanış olduğu qadınla görüş onun üçün baha başa gəlib:
“Sevgi U. adlı profillə tanış olduqdan sonra görüşmək qərarına gəldik. Bir gün Tireboluda görüşüb kafelərində çay içdik. Daha sonra o, məni evlərinə getməyi məsləhət bildi. Mənə öncədən demişdi ki, subayam və anamla yaşayıram. Amma evlərinə gedən zaman otaqdan bir kişinin çıxdığını gördüm. Həmin kişi mənə qadının əri olduğunu bildirdi və məni hədələyəmə başladı. Daha sonra məndən 25 min lirə pul tələb etdilər. Əks təqdirdə mənim dilimi kəsəcəyimi bildirdilər”.
M.Aydın bildirib ki, tanış olduğu qadın yanındakı kişi ilə birlikdə onu ölümcül döyüblər. O, qışqıraraq kömək istədiyini qeyd edib. Elə bu zaman onun yardım səsini eşidən qonşular hadisə yerinə polis çağırıb. Polislərin gəldiyini görən qadın isə əynindəki paltarlarını cıraraq M.Aydının ona təcavüz etdiyini iddia edib. Amma sonradan mənzildəki və binadakı təhlükəsizlik kameralarının köməkliyi ilə polis həqiqətin üstünü aça bilib.