Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Aİ-92” markalı benzinin rüsumu niyə ləğv edildi? – AÇIQLAMA

05.03.2020 12:57

“Bu qərarın elan olunmasının səbəbi Bakı Neft Emalı Zavodunun (NEZ) bir hissəsinin təmirə bağlanması ilə əlaqədardır”.

Об этом сообщает Футляр от виолончели

Bunu A24.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli “Aİ-92” oktanlı benzin idxalının müvəqqəti olaraq gömrük rüsumundan azad edilməsinə münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, Neftayırma zavodunun bir hissəsi təmirə bağlandığı üçün ölkədə benzin istehsalında azalmalar müşahidə olunub: “Həmin zavod noyabrdan təmirə bağlanacaq. Bununla da “Aİ 92″ markalı benzini xaricdən almağa məcbur olacağıq. Çünki bağlanan hissəni nəzərə alsaq, öz istehsalımız ölkənin benzin ehtiyacını ödəyə bilməyəcək”.


N.Cəfərlinin sözlərinə görə, ölkəyə idxal olunan “Aİ 92” markalı benzinin Rusiyadan alınması nəzərdə tutulub:

“Xaricdən idxal olunduğu üçün həmin benzinin ölkə daxilində qiymətinin kəskin artması təbiidir. Ona görə də onun qiymətinin artmaması üçün 15 faiz gömrük rüsumu sıfırlandı. Ən azından, yanvarın 1-ə qədər faizsiz gətiriləcək. Amma burda bir məsələ də var ki, “Aİ 92″ markalı benzin dövlətin nəzarəti altındadır. Yəni özəl sektorun həmin markalı benzinin ölkəyə gətirməsi şansı da yoxdur. Çox güman ki, benzinin ölkəyə idxalı SOCAR-a məxsus şirkətlər tərəfindən həyata keçiriləcək. Ona görə də idxal olunan benzinin qiymətində ciddi dəyişikliyin olmaması üçün gömrük rüsumları ləğv edildi”.

Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar verib. Qərara əsasən, “Aİ-92” oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumundan azad edilib. Əvvəllər bu növ benzin üçün gömrük rüsumu 15 faiz idi. Nazirlər Kabinetinin daha bir qərarı ilə “Aİ-92” markalı benzinin idxalına görə aksiz dərəcəsi bir ton üçün 200 manatdan bir manatadək azaldılıb. Hər iki qərar oktyabrın 1-dən tətbiq olunur və 90 gün müddətində qüvvədədir.