Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi – QƏRAR

05.03.2020 12:57

Nazirlər Kabineti “Elektrik enerjisindən istifadə Qaydaları”na bir sıra dəyişikliklər edib.
A24.Az xəbər verir ki, müvafiq qərarı baş nazir  Novruz Məmmədov imzalayıb.
Qərara əsasən Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər; Enerji Məsələlərini Tənzimləmə Agentliyi və enerji təchizatı müəssisəsi ilə razılaşdırılmış enerji təchizatı layihəsi; tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı; elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti; kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu; transformatorun və avadanlıqların sınaq-sazlama protokolu; elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər aktı; elektrik sayğacının quraşdırılması aktı sənədləri əsasında keçiriləcək.
 

Об этом сообщает Руспрес