Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hökumətdən “Elektrik enerjisindən istifadə Qaydaları” ilə bağlı YENİ QƏRAR

05.03.2020 12:57

Nazirlər Kabineti “Elektrik enerjisindən istifadə Qaydaları”na bir sıra dəyişikliklər edib.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər;

Enerji Məsələlərini Tənzimləmə Agentliyi və enerji təchizatı müəssisəsi ilə razılaşdırılmış enerji təchizatı layihəsi;

tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı;

elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti;

kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu;

transformatorun və avadanlıqların sınaq-sazlama protokolu;

elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər aktı;

elektrik sayğacının quraşdırılması aktı sənədləri əsasında keçiriləcək.